Şeirlər
 
Sənsizəm.
Tarix: 02/03/2010
Sənsizəm sığmıram bu gen cahana,
Sənsizlik kiçildib bütün dünyamı.
Sənsizəm dözmürəm mən bu hicrana,
Sənsizlik edibdir ömrümü yarı.

Sənsiz yaşayıram bilmirəm necə,
Söylə yaşayarmı bir can ürəksiz.
Sənsiz gündüzüm də olubdur gecə,
Səhərlər açılır mənə günəşsiz.

Qəlbimin səsiylə deyirəm sənə,
Sənsizlik həsrəti çəkdirmə mənə.
sevginlə bağladın məni özünə,
Sənsiz yaşamağı öyrətmə mənə.
Göndərən: wap.xana.az[Angel] Oxunub: 98
 
Bu mesaja səs verin:
Səs ver
 
 
© 2005-2010, Nərmin Quliyeva Dəstək:  wap.xana.az
Alan Ad? tescil