Qəmli
 
Həyat.
Tarix: 02/02/2010
Həyat. Yaşanması çətin, yaşanmaması ondan da çətin bir yol. Bu yolda təklik də çəkdim, tənhalıq da, həm sevdim, həm sevildim, həm ağladım, həm də güldüm. Çox bir-birindən fərqli günlər yaşadım. Elə anlar oldu ki, yaşamağı sevdim, elə anlar da oldu ki, ölməyi. Elə anlar oldu ki, təkliyi sevdim, elə anlar da oldu ki, tənhalğı. Amma hər anımda daima sevdiyim birisi var idi. O da sən, sən mənim hər şeyim. Səni görəndən sonra, səni sevəndən sonra çox dəyişdim. Həyatı, insanları, yaradılışı sevdim. Gözlərinə hər baxdığımda mənə qarşı olan sevginin artdığını görməyi sevdim. Üzünə baxdığında susmanı sevdim. Başımı sinənə qoyduğumda o ürəyinin bir quş ürəyi kimi döyünməyini sevdim. Səndəki həyəcanı, səndəki gülüşü, səndəki sevgini, səndəki səni, səndəki məni sevdim.
Göndərən: wap.xana.az[~SohbetciL~] Oxunub: 210
 
Bu mesaja səs verin:
Səs ver
 
 
© 2005-2010, Nərmin Quliyeva Dəstək:  wap.xana.az
Alan Ad? tescil