Sevgi Mesajları
 
Sənə nifrət edirəm.
Tarix: 06/03/2010
Sənə nifrət edirəm. Ümidlərimi aldın, xəyallarımı puç etdin, mənə həyatı unutdurdun. Unudulmağa layiqsən amma yenə də səni dəli kimi sevirəm, sənə nifrət edirəm var olduğun üçün, özünü sevdirdiyin üçün, həyatım olduğun üçün, sənə nifrət edirəm. Artıq həyatımdan gedirsən deyirsən xoşbəxt yaşa. Sən buna layiqsən amma bircə bunu bilmirsən mənim xoşbəxtliyim sənsən! Dəyərsizəm deyirsən çıxıb gedirəm deyirsən təkcə bunu bilmirsən elə dəyərdən anlayışım sənsən! Duyğularımın gözəlliyi, sevgimin tək özəlliyi, mənim nəfəs almaq üçün gördüyüm tək səbəb sənsən! Bilirəm ki, imkansızsan, görürəm ki, ümid yoxdu gözlərindən uzaqdayam əllərim çatmır əlinə qəlbimin incisi bil ki, gözlərimin parlaqlığı sənsən! Mənim tək əl çatmazlığım, ruhumdakı tək günəş sənsən! Bu gün ruhum üşüyür. Günəş belə ruhumda ki, qarları əritmir, gözlərim kədərə qərq olur. Gözəllik itir ömrümdən, sənin üçün darıxıram ruhum yox olur boşluqda. Həyatım qaranlıq quyudur başa düşürsən? Ürəyimdəki ət daşlaşır artıq bir səbəbim yoxdu getmisən, həyatımda yoxsan, bilirəm ki, sona çatıram nəfəsim gedib qayıdır, sevgim incikliklərlə dolur, sevdiyimi itirirəm, ağlayır içimdə ruhum qarşısında dura bilmirəm. Səninlə qazandığım gücüm artıq silinib yox olur. Amma bunu bilirəm ki, səninlə qayıdan ömrüm silinməyinə bəs etmir, səni silə bilmirəm, səni unuda bilmirəm, səndən vaz keçə bilmirəm!
Göndərən: wap.xana.az[3aKoH_HNK] Oxunub: 418
 
Bu mesaja səs verin:
Səs ver
 
 
© 2005-2010, Nərmin Quliyeva Dəstək:  wap.xana.az
Alan Ad? tescil