|
|
|
| Şeirlər |
|
|
|
|
|
Yaşayacağam.
Tarix: 07/03/2010 Tökülsə gözümdən yaş gilə-gilə,
Yenə alovlanıb, alışacağam.
Əridib ömrümü mən bilə-bilə,
Sənin həyatına qarışacağam.
Bir dastana dönüb ayım, ilim də,
Eşqim məşəl olub yanır qəlbimdə.
Bu kiçik köksümdə, kiçik sinəmdə,
Böyük bir məhəbbət daşıyacağam.
Dəyməsin oxumuz, dəyməsin daşa,
Gəl tutaq əl-ələ, gəzək biz qoşa.
Səninlə əzizim verib baş-başa,
Mənalı bir həyat yaşayacağam. |
|
Göndərən: wap.xana.az[BARIW AKARSU ] Oxunub: 94  |
|
|
|
|
| |
|
|
Bu mesaja səs verin:
 |
|
|
|
|
|
|
|
|
|